Uimbldon tennis turniri

Rəsmi emblemi

Uimbledon Çempionatı və ya sadəcə Uimbledon, dünyanın ən qədim tennis turnirlərindən biridir və ən nüfuzlu turnir sayılır. Bu dörd Böyük Dəbilqə seriyalı turnirlərdən biridir.

Turnir adətən iyunun sonlarından iyulun ortalarına qədər davam edir, turnirdə tək oyunlarda qadınlar və kişilər mübarizə aparır. Hər il keçirilən bu turnir yeniyetmələr arasında da təşkil edilir. Turnirin ümumi mükafatı 13 milyon 725 min $-dır.

Böyük Dəbilqə seriyalı turnirlərdən olan və bərk kortlarda oynanılan Avstraliya Open və gil kortlarda oynanılan Roland Garros Uimbledon turnirindən əvvəl olur. Bərk kortda oynanılan US Open turniri isə Uimbledon turnirindən sonra başlayır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy